İspaniya La Liqası: "Barselona" klubu rəqibini darmadağın edib
Bakı, 24 oktyabr, AZƏRTAC
Futbol üzrə İspaniya La Liqasının 11-ci turunun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, Kataloniya təmsilçisi “Kamp Nou” stadionunda keçirilən görüşdə "Atletik Bilbao"nu 4:0 hesabı ilə məğlub edib.
“Barselona”nın heyətində Osman Dembele 12-ci, Serxi Roberto 18-ci, Robert Levandovski 22-ci, Ferran Torres isə 73-cü dəqiqələrdə fərqləniblər.
Bu nəticədən sonra xalını 28-ə çatdıran “Barselona” klubu turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Siyahıya 31 xalla "Real Madrid" başçılıq edir. "Atletiko Madrid" isə 23 xalla 3-cüdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:05]
Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda ikinci hissə başlayıb
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]
Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub
- 01.10.2026 [17:02]