İspaniya La Liqası: Kərim Benzemanın dublu sayəsində “Real Madrid” səfərdə qələbə qazanıb
Bakı, 3 aprel, Nicat Məmmədov, AZƏRTAC
Aprelin 2-də futbol üzrə İspaniya La Liqasının XXX turunun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, turnir cədvəlinin lideri “Real Madrid” səfərdə “Selta Viqo” komandasının qonağı olub. Görüş madridlilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Real Madrid”in heyətində Kərim Benzema dublu ilə yadda qalıb. “Selta Viqo” komandasının yeganə qolunu isə Nolito vurub. Qeyd edək ki, matçın 64-cü dəqiqəsində fransalı forvard penalti zərbəsini yerinə yetirə bilməyib.
Kərim Benzema cari mövsümdə 35 oyunda 34 qol və 13 məhsuldar ötürmə edib.
Bu qələbə sayəsində xallarını 69-a çatdıran “Real Madrid” liderliyini davam etdirir. “Selta Viqo” isə 36 xalla 11-ci yerdə qərarlaşıb.
Digər görüşdə “Levante” öz meydanında “Vilarreal”ı (2:0), “Xetafe” isə “Malyorka”nı (1:0) məğlub edib.