İspaniya La Liqası: “Sevilya”nı böyük hesabla məğlub edən “Barselona” liderlə xal fərqini azaldıb
Bakı, 10 fevral, AZƏRTAC
İspaniya La Liqasında XXIII turun daha 4 oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, turun mərkəzi görüşündə “Barselona” səfərdə “Sevilya”nın qonağı olub. Qarşılaşma Kataloniya təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb - 4:1.
Matçda hesab erkən qolla açılıb. Qonaqların hücumçusu Robert Levandovski 7-ci dəqiqədə rəqib qapısına yol tapıb. Amma “Barselona” futbolçularının qol sevinci cəmi 1 dəqiqə çəkib. Buraxılan qoldan dərhal sonra “Sevilya”nın yeni transferi Ruben Varqas tarazlığı bərpa edib. İlk hissə bu hesabla bitib.
Kataloniyalılar ikinci yarıya da qolla başlayıblar. Fermin Lopes 46-cı dəqiqədə komandasını yenidən hesabda önə çıxarıb. Doqquz dəqiqə sonra Rafinya 3-cü qolu meydan sahiblərinin qapısından keçirib. 63-cü dəqiqədə Lopes birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Oyunda son nöqtəni isə Erik Qarsiya qoyub. 89-ci dəqiqədə fərqlənən futbolçu qonaqların böyükhesablı qələbəsini rəsmiləşdirib.
Bu qələbədən sonra xallarını 48-ə çatdıran və 3-cü pillədə qərarlaşan “Barselona” ilə lider “Real Madrid”lə xal fərqini 2-yə endirib. Turnir cədvəlinin 2-ci pilləsində 49 xalı olan “Atletiko” yer alıb. “Sevilya” isə 28 xalla 13-cüdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [22:55]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:41]
Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil
- 01.10.2026 [21:16]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]