İspaniya millisinin sabiq üzvü David Silva karyerasını başa vurub
Bakı, 27 iyul, AZƏRTAC
Futbol üzrə İspaniya millisinin sabiq üzvü David Silva karyerasını başa vurub.
AZƏRTAC xəbər verir ki, “Real Sosyedad”ın 37 yaşlı yarımmüdafiəçisi bunu sosial şəbəkə hesabında açıqlayıb. Dizindən ağır zədə alan futbolçu qərarı ilə bağlı bildirib: “Bu gün mənim üçün kədərli gündür. Həyatımı həsr etdiyim oyunla, mənim üçün ailə kimi olan həmkarlarımla vidalaşmağın vaxtıdır. Futbol üçün çox darıxacağam”.
Qeyd edək ki, 2010-2020-ci illərdə “Mançester Siti”də çıxış edən yarımmüdafiəçi 309 oyunda meydana çıxıb və 60 qol vurub. O, Mançester təmsilçisinin heyətində 4 dəfə İngiltərə çempionu olub. Silva 2020-ci ildən "Real Sosyedad"da oynayırdı. O, "Valensiya", "Eybar" və "Selta"da da çıxış edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]