İSPANİYA XƏZƏR LAYİHƏLƏRİNDƏ İŞTİRAK EDƏCƏKDİR
AZƏRTAC-ın xüsusi müxbiri Almatıdan xəbər verir ki, Qazaxıstanın baş naziri Danial Əhmədovun bu ölkədə səfərdə olan İspaniyanın elm və yeni texnologiyalar naziri Xyan Kosta Klimentlə görüşündə iki dövlət arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunmuşdur.
Danial Əhmədov demişdir ki, - Qazaxıstan Xəzərin neft-qaz ehtiyatlarının mənimsənilməsində İspaniyanın iştirakı imkanlarını nəzərdən keçirir. Biz yeni texnologiyaların yaradılması və təhsil sahəsində birgə layihələrin həyata keçirilməsində də maraqlıyıq.
İspaniya naziri öz ölkəsinin sənaye şirkətlərinin Qazaxıstanla əməkdaşlığa hazır olduğunu və yaxın zamanlarda Astanada iqtisadi nümayəndəliyin açılmasının nəzərdə tutulduğunu bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]