İspaniyada danışılmış futbol oyunlarının təşkilinə görə 17 nəfər saxlanılıb
Bakı, 27 iyul, AZƏRTAC
İspaniya polisi Kral Futbol Federasiyası səviyyəsində danışılmış oyunların təşkili ilə bağlı cinayətkar qruplaşmanın qarşısını alıb.
AZƏRTAC xəbər verir ki, İspaniya polisinin məlumatına görə, təhqiqatda Avropa Polis Agentliyi və ölkənin Peşəkar Futbol Liqası da iştirak edib.
Görülən tədbirlər nəticəsində Kral Futbol Federasiyasının üçüncü divizionu komandasının oyunçuları da daxil olmaqla, 17 nəfər saxlanılıb. Onlar cinayətkar təşkilatlarda iştirakda, idman sahəsində fiziki şəxslərlə korrupsiya əlaqələrində, dələduzluqda, çirkli pulların yuyulmasında və saxta sənədlərin hazırlanmasında şübhəli bilinirlər.
Təhqiqat 2023-cü ilin fevralında müxtəlif oyun kontorlarından daxil olan bildirişlərlə bağlı başlanılıb. Bildirişlərdə Melilya muxtar şəhərindən futbol oyunlarının konkret hesabları ilə bağlı edilən çoxsaylı gedişlər barədə məlumat verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]