İSPANİYANIN KRALI ƏLAHƏZRƏT I XUAN KARLOSA
Əlahəzrət,
Ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün İspaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 21 avqust 2008-ci il.