İSRAİL MÜTƏXƏSSİSLƏRİ GENDER MƏSƏLƏLƏRİNƏ DAİR MƏŞĞƏLƏDƏ İŞTİRAK EDƏCƏKLƏR
İki israilli mütəxəssis gender problemlərinə dair iyulun 5-də Bakıda başlayacaq məşğələdə iştirak edəcəkdir. Bunu AZƏRTAC-ın müxbirinə İsrailin Azərbaycandakı səfirliyindən bildirmişlər.
Qeyd olunmuşdur ki, 5 gün davam edəcək məşğələ gender məsələlərinin inkişafına dair Azərbaycan-İsrail layihəsinin tərkib hissəsidir.