İsrail ölkəni tərk etmək istəyən əcnəbilər üçün uçuşlar təşkil edir
Bakı, 23 iyun, AZƏRTAC
İsrail hava məkanının İranla münaqişə səbəbindən bağlanmasından sonra əcnəbilərin ölkəni tərk etməsinə şərait yaradır.
AZƏRTAC xəbər verir ki, “The Times of Israel” qəzeti bu barədə İsrailin nəqliyyat naziri Miri Regevə istinadla məlumat yayıb.
“Biz aviaşirkətlərin əcnəbilərin daşınması üçün hər biri 50 sərnişinlə məhdudlaşdırılan 24 reys həyata keçirəcəyini gözləyirik. Bunlar zəruri tədbirlərdir. Hava limanının hücuma məruz qala biləcəyi dövrdə təyyarələrdə olan sərnişinlərin sayını məhdudlaşdırmaq vacibdir”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, hakimiyyət orqanları sərnişinlərin və uçuşların sayının artırılması üçün həftəsonunadək vəziyyəti qiymətləndirəcək. Qərar mövcud vəziyyət və İsrail Müdafiə Nazirliyinin göstərişləri nəzərə alınmaqla veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib
- 29.09.2026 [12:39]
Fransada dövlət sektorunda ümummilli tətil keçirilir
- 29.09.2026 [11:40]
İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]