İSRAİL RUSİYANI “HƏMAS” LİDERLƏRİNİ MOSKVAYA DƏVƏT ETDİYİNƏ GÖRƏ QINAMIŞDIR
İsrailin xarici işlər naziri xanım Sipi Livni “Nyu-York san” qəzetinə müsahibəsində demişdir: “Hər hansı güzəştin təkcə İsrail üçün deyil, Fələstin xalqı və beynəlxalq birlik üçün də mənfi nəticələri olacaqdır”.
İsrail naziri Meir Şitrit isə bildirmişdir ki, “Rusiya Prezidenti Vladimir Putin İsrailə arxadan zərbə endirir”.
İsrailin rəsmi nümayəndələri deyirlər ki, “Rusiyanın bu cür hərəkətləri digər ölkələrin “Həmas” hərəkəti barədə mövqeyini zəiflədə bilər”. Adının çəkilməsini istəməyən İsrail məmurlarından biri qeyd etmişdir ki, “Bu, təkcə İsrailə çəkilən sillə deyil, həm də Qərbin sifətinə endirilən zərbədir”.
ABŞ hökuməti Moskvadan Prezident Vladimir Putinin fevralın 9-da Madridə İspaniyanın Baş naziri ilə birgə mətbuat konfransında səsləndirdiyi bəyanata aydınlıq gətirməyi xahiş etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]