İsraildə 3 min Tailand vətəndaşı təxliyə olunmağı gözləyir
Pekin, 11 oktyabr, AZƏRTAC
İsrail-Fələstin münaqişəsinin yenidən alovlanması hərbi əməliyyatlar zonasındakı əcnəbi vətəndaşları da çətin vəziyyətə salıb.
AZƏRTAC xəbər verir ki, Tailand Xarici İşlər Nazirliyi iki vətəndaşının toqquşmalar nəticəsində öldüyünü açıqlayıb. Mediada yayılan xəbərlərə görə isə İsraildə 18 tailandlı həlak olub, 9 nəfər xəsarət alıb, 11 nəfər Qəzza zolağında girov götürülüb.
Tailand hökuməti hazırda İsraildən təxminən 3 min vətəndaşını təxliyə etməyə hazırlaşır.
Qeyd edək ki, tailandlılar İsrailin əsas əcnəbi işçi qüvvəsi hesab olunur. İsrailin kənd təsərrüfatı və digər sektorlarında təxminən 30 min tailandlı çalışır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [21:17]
Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]