İsraildə əcnəbilərin və sığınacaq axtaranların vaksinasiyası başlayıb
Bakı, 9 fevral, AZƏRTAC
İsrailin Təl-Əviv şəhərində bu gündən əcnəbilərin və sığınacaq axtaran qaçqınların COVID-19 virusuna qarşı vaksinasiyası başlayıb. Peyvəndləmə pulsuz aparılır.
AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, vaksinasiya mərkəzləri qarşısında növbələr düzülüb. Proqramın ilk günündə peyvənd olunanlar arasında Filippin, Moldova və Niger vətəndaşları var.
İsrail koronavirusa qarşı artıq 3,5 milyon birinci doz və 2,1 milyona yaxın ikinci doz Pfizer vaksini alıb. Ölkədə, həmçinin Moderna kompaniyasının peyvəndi təsdiqlənib.
İsraildə yoluxma səviyyəsi yüksək olaraq qalır. Pandemiyanın əvvəlindən bəri burada koronavirusa 700 mindən çox yoluxma halı qeydə alınıb, 5,1 min nəfər həyatını itirib.
Qeyd edək ki, İsrail vaksinasiya olunanların əhali sayı ilə nisbətdə payına görə dünyada liderlik edir. Fevralın 8-nə olan məlumata görə, 9 milyona yaxın əhalisi olan ölkədə 5,54 milyon nəfər, yaxud əhalinin 62,4 faizi peyvəndlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]