İsrailin Afula şəhərinin meri Ermənistanın təxribatı barədə məlumatlandırılıb
Bakı, 15 sentyabr, AZƏRTAC
İsrailin Afula şəhərinin meri Boris Yudisə ölkəmizin dövlət sərhədində Ermənistanın genişmiqyaslı təxribat törətməsinə dair “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının bəyanatı təqdim edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Azİz”ın nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman bu məqsədlə şəhər meri ilə görüşüb. Görüş zamanı merə Ermənistan silahlı qüvvələri bölmələrinin sentyabrın 12-də gecədən başlayaraq törətdiyi hərbi cinayət barədə ətraflı məlumat verilib.