İSTAD sədri: Rusiyada Azərbaycan türklərinə qarşı həyata keçirilən repressiv tədbirlər qəbuledilməz
İstanbul, 29 iyun, Günel Karatepe, AZƏRTAC
“Uzun müddətdir Ukrayna ilə müharibə vəziyyətində olan Rusiyanın repressiv rejiminə kim “dur” deyəcək? Regionun sülhə və sabitliyə ehtiyac duyduğu bir vaxtda bu cür hərəkətlər qəbuledilməzdir”.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu ifadə edib.
İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində həmvətənlərimizə qarşı törədilən qəddarlıqla bağlı danışan İSTAD sədri deyib: “Rusiya Federasiyasında yaşayan türklərə, müsəlmanlara qarşı təzyiqlər, həyata keçirilən repressiv tədbirlər qəbuledilməz. Türk Dövlətləri Təşkilatı bu məsələdə təşəbbüs göstərməlidir. Türklərə qarşı həyata keçirilən bu amansız siyasətin lazımi cavabı verilməlidir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [16:33]
Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri
- 09.08.2026 [14:45]
Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
- 08.08.2026 [23:48]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [21:54]