İstanbul boğazındakı körpü dövlət bayrağımızın rənglərində işıqlandırılıb
İstanbul, 28 may, AZƏRTAC
İstanbul boğazındakı "Fatih Sultan Mehmet" körpüsü mayın 27-də gecə saatlarından səhərədək Azərbaycanın üç rəngli bayrağının rənglərində işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, körpünün işıqlandılması mayın 28-də də davam edəcək. Bu barədə razılaşma Azərbaycanın İstanbuldakı baş konsulluğu ilə Türkiyənin nəqliyyat, kommunikasiya və dənizçilik nazirliyi arasında əldə olunub. İşıqlandırma dörd kompozisiya üzrə davam edir.
Qeyd edək ki, körpü ötən il də Azərbaycan bayrağının rənglərində işıqlandırılmışdı.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.12.2025 [15:53]
Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub
- 22.12.2018 [11:08]