İstanbul məktəbində Azərbaycana dəstək məqsədilə tədbir keçirilib
İstanbul, 30 sentyabr, AZƏRTAC
İstanbul məktəblərinin birində Azərbaycana dəstək məqsədilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, şəhərin Arnavutköy rayonunda yerləşən Məhmet Akif Ərsoy adına orta məktəbin şagirdləri Türkiyə hərbi geyimləri ilə ölkəmizə dəstək şüarları səsləndiriblər. Türkiyə vətəndaşları ilə yanaşı həmvətənlərimizin də təhsil aldığı bu məktəbdə bir müddət əvvəl şagirdlər arasında qrafiti rəsm müsabiqəsi keçirilib. Müsabiqənin şərtlərinə əsasən şagirdlər türk milli qəhrəmanlarının rəsmlərini məktəbin divarlarına əks etdirməli idilər. Məktəblilər tərəfindən Türkiyə qəhrəmanları Eren Bülbül, Ömer Halis Demir, Fethi Sekinlə yanaşı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun da rəsmi təhsil ocağının binası üzərində çəkilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul