Azərbaycan Dövlət İnformasiya Agentliyi

İstanbulda “Azərbaycan-Türkiyə: Qardaşlığın təntənəsi” adlı kitab-albomun təqdimatı olub

Bakı, 1 mart, AZƏRTAC 

Türkiyə Respublikası Baş Qərargahının İstanbul Hərbi Muzeyində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəşri olan “Azərbaycan-Türkiyə: Qardaşlığın təntənəsi” adlı kitab-albomun təqdimatı olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihənin müəllifi və tərtibçi-redaktoru - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin zabiti, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani təqdimat mərasimində iştirak edib.

Tədbirdə hərbi muzeyin komutanı polkovnik Tahir Savran, “Türkiyə şəhidlərini anır” proqramının ssenari müəllifi və aparıcısı polkovnik Erhan Altunok, məşhur “Mehteran” hərbi orkestrinin kollektivi iştirak edib. Orkestrin rəhbəri polkovnik Metin Kazqan çıxış edərək ötən ilin sentyabrında Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş hərbi paradın xoş təəssüratlarını hələ də unutmadıqlarını, paytaxtımızın gözəlliklərinə, tərəqqi və inkişafına valeh olduqlarını, Azərbaycan Ordusunun mətin əsgərləri ilə görüşdüklərini və onların qələbə əzmi, böyük vətənpərvərlik hissi ilə yaşadıqlarını xatırladıb.

M.Kazqan deyib: “Dünyanın bir çox ölkələrinə, şəhərlərinə səfər etsək də, Azərbaycan kimi gözəl bir ölkə, azərbaycanlılar kimi qonaqpərvər, istiqanlı, mehriban və səmimi xalqla qarşılaşmamışıq. Bakı xatirələrimiz tükənməzdir, unudulmazdır. Hər iki qardaş dövlətin başçılarının Azadlıq meydanında keçirilən möhtəşəm hərbi paradın fəxri kürsüsündə bir yerdə dayanması və parad iştirakçılarını eyni dildə birlikdə salamlaması, eyni zamanda, Azərbaycan və Türkiyə hərbiçilərinin Qafqaz İslam Ordusunun süvari və piyadalarının qiyafəsində 100 il sonra da Bakıda nizami sıralarla yanaşı irəliləməsi tarixi hadisədir. Bu, dostlarımızı sevindirdi, düşmənlərimizi isə xar etdi. Biz Azadlıq meydanında Azərbaycan “Ordu marşı”nı və qədim türk hərbi marşlarını böyük fəxrlə ifa etdik. Həmin gün Bakının hər yerində sevinci və kədəri bir olan Azərbaycan və Türkiyənin dövlət bayraqları qürurla dalğalanırdı”.

Bakı paradına həsr olunmuş “Azərbaycan-Türkiyə: Qardaşlığın təntənəsi” kitab-albomunu tədbir iştirakçılarına təqdim edən polkovnik Metin Kazqan diqqətə çatdırıb ki, bu nəşr Türkiyə və Azərbaycan xalqlarının müştərək Zəfər bayramı olan möhtəşəm bir təntənəni özündə əks etdirən qiymətli topludur. O, bu nəşri reallaşdıran Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, şəxsən general-polkovnik Zakir Həsənova və layihə müəllifinə minnətdarlıqlarını bildirib.

Polkovnik Tahir Savran ötən əsrin 90-cı illərinin əvvəllərində Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu ilə Naxçıvan Muxtar Respublikasında olduğu günləri xatırlayaraq deyib: “O vaxtlar Azərbaycanda, xüsusən də Naxçıvanda vəziyyət gərgin idi. Bir tərəfdən ermənilərin şəhər və kəndləri atəşə tutması, digər tərəfdən sərt soyuq və mühasirəyə alınmış Naxçıvan əhalisinin ərzaq qıtlığı ilə sınağa çəkilməsi yerli əhalini ruhdan salmırdı, onlar doğma diyarı qanları, canları bahasına müdafiə edirdilər. Allah bu müdhiş zamanlarda Heydər Əliyevi sanki naxçıvanlılara xilaskar olaraq göndərmişdi. Ötən illər hədər getməyib və Naxçıvanın ağır günləri artıq geridə qalıb. Naxçıvan dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Ən müasir hərbi texnika və silahlarla təchiz edilmiş buradakı Əlahiddə Ümumqoşun Ordu Naxçıvanın və naxçıvanlıların təhlükəsizliyinin keşiyində mərdliklə dayanıb”.

Ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamını xatırladan polkovnik T.Savran təqdim edilən kitab-albomun həqiqətən də Azərbaycan və Türkiyə xalqlarının, ordularının dost və qardaşlığının təntənəsinin tərənnümü olduğunu təsdiqləyərək nəfis şəkildə çap olunmuş bu nəşr nümunəsinin muzeylərində ən qiymətli eksponat kimi nümayiş etdiriləcəyini deyib.

Polkovnik Erhan Altunok isə çıxışında vurğulayıb ki, Azərbaycan xalqının və ordusunun hər bir uğuru bizi də sevindirir. Son illərdə Azərbaycan əsgərinin qazandığı Aprel zəfəri və Naxçıvanda 11 min hektardan çox ərazinin nəzarətə götürülməsi, Günnüt kəndinin düşmən işğalından azad edilməsi, Lələtəpə, Qızılqaya, Talış zirvələrində Azərbaycan bayrağının ucaldılması hər bir türk vətəndaşını da hədsiz dərəcədə qürurlandırdı. “Biz inanırıq ki, qardaş ölkənin dövlət başçısının apardığı məqsədyönlü daxili və xarici siyasət nəticəsində və gündən-günə daha da möhkəmlənən Azərbaycan Ordusunun güc və qüdrəti ilə cənnət Qarabağımız da tezliklə işğaldan azad ediləcək, can Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq”, - deyən polkovnik çıxışını Səməd Vurğun, Bəxtiyar Vahabzadənin şeirlərindən nümunələr söyləməklə yekunlaşdırıb.

Layihənin müəllifi, tərtibçi-redaktor Abdulla Qurbani mərasim iştirakçılarını salamlayaraq həmin kitab-albomun ilk nüsxələrini paradda fəal iştirak etmiş və azərbaycanlıların da böyük rəğbətini qazanmış məşhur “Mehteran” orkestrinin üzvlərinə hədiyyə edib.

Təqdimat mərasimi “Mehteran” orkestrinin ifasında “Çırpınırdın Qara dəniz” mahnısı, Azərbaycan və Türk hərbi marşları ilə başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib