İstanbuldan Bakıya ilk xüsusi aviareys həyata keçirilib
İstanbul, 1 iyul, AZƏRTAC
Türkiyədə olan Azərbaycan vətəndaşlarının, o cümlədən tələbələrin ölkəyə gəlməsi və müxtəlif şəxsi səbəblərə görə Azərbaycan vətəndaşlarının Türkiyəyə gedişini asanlaşdırmaq üçün iyulun 1-dən başlayaraq qarşılıqlı razılıq əsasında həftədə iki dəfə “Azərbaycan Hava Yolları”nın (AZAL), iki dəfə isə “Türk Hava Yolları”nın (THY) Bakı-İstanbul-Bakı və İstanbul-Bakı-İstanbul istiqaməti üzrə xüsusi reyslərə başlanılıb. İlk xüsusi aviareys bu gün Türkiyə saatı ilə 6:44-də İstanbuldan Bakıya olub.
AZƏRTAC xəbər verir ki, AZAL-ın reysləri həftənin cümə axşamı və şənbə günlərində, THY-nin aviareysləri isə çərşənbə və cümə günlərində həyata keçiriləcək.
Qeyd edək ki, bu reyslərə yalnız hər iki ölkənin müvafiq qurumları tərəfindən verilən COVID-19 testinin cavabı neqativ olan sərnişinlər qəbul edilir.
Xatırladaq ki, digər ölkələrdə olan və Azərbaycana geri qayıtmaq istəyən vətəndaşlar, o cümlədən tələbələr də İstanbul hava limanının tranzit imkanlarından istifadə edərək bu marşrut üzrə Azərbaycana gələ biləcəklər.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]