İSTANBULUN MERİ KARPOVLA HEÇ-HEÇƏ OYNAMIŞDIR
İTAR-TASS-dan AZƏRTAC-a daxil olmuş məlumata görə, İstanbulun meri Müfid Gürtün Tuzlada idman kompleksinin açılış mərasimində iştirak etmək üçün fəxri qonaq qismində Türkiyəyə gəlmiş rusiyalı qrossmeyster, şahmat üzrə dəfələrlə dünya çempionu Anatoli Karpovu qəbul etmişdir. Türkiyənin ən böyük şəhərinin başçısı görüşdə bildirmişdir ki, dünyanın ən məşhur şahmatçısının Türkiyəyə gəlişi onun üçün böyük şərəfdir.
Gürtün qeyd etmişdir ki, Karpovun səfəri Türkiyə-Rusiya münasibətlərinin inkişafını sübut edir və bu münasibətlər getdikcə daha çox qeyri-rəsmi olur, yüksək etimadla səciyyələnir.
Rusiyalı qrossmeyster öz növbəsində Bosfor sahillərində yerləşən bu gözəl şəhərə dəvət aldığına və ona Türkiyənin şahmat həvəskarları ilə görüşmək imkanı verildiyinə görə İstanbulun merinə minnətdarlığını bildirmişdir.
Görüşün axırında rusiyalı qrossmeyster və İstanbulun meri şahmat oynamışdır və həmin görüş heç-heçə başa çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [21:18]
Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]