İSTEHSALIN VƏ İXRACIN HƏCMİ ARTMIŞDIR
Səhmdar Cəmiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, müəssisə dörd ay ərzində 1 milyard 169,8 milyon manatlıq, yəni keçən ilin müvafiq dövründəkindən 344,7 milyon manatlıq çox məhsul ixrac etmişdir.
Zavod bu müddətdə Türkmənistan Respublikasının neft regionlarına 800 milyon manatlıq avadanlıq göndərmişdir. Məhsulun qalan hissəsi Azərbaycan Dövlət Neft Şirkətinə və respublika daxilində fəaliyyət göstərən müvafiq strukturlara verilmişdir.