İstiqlal Muzeyində dezinfeksiya işləri aparılır
Bakı, 17 mart, AZƏRTAC
Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə təsdiq olunmuş, "Koronavirus (COVID-19) infeksiyasının mədəniyyət müəssisələrində yarada biləcəyi təhlükənin qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi üzrə Tədbirlər Planı"nın icrası ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyində sanitar-dezinfeksiya və digər qabaqlayıcı tədbirlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, virus təhlükəsi ilə bağlı muzeyin ekspozisiya zalları, inzibati otaqlar, fond otaqları dezinfeksiya olunur.