İsveç hökuməti ölkə xaricindəki həbsxana yerlərini icarəyə götürməyi planlaşdırır
Stokholm, 15 dekabr, Nərgiz Cəfərli, AZƏRTAC
İsveç hökuməti xaricdəki həbsxana yerlərinin icarəsi haqqında təklifi nəzərdən keçirir.
AZƏRTAC xəbər verir ki, gələn il ərzində aparılacaq təhqiqat hansı ölkələrin əməkdaşlıq edəcəyini və bu təklifin hansı məhkumlara şamil edilə biləcəyini göstərəcək.
“Məqsəd burada, İsveçdə həbsxana xidmətini yüngülləşdirməkdən ibarətdir”, - deyə ədliyyə naziri Qunnar Strömmer bildirib.
Hazırda İsveç həbsxanaları həddən artıq doludur, yaxın illərdə həbsxana yerlərinə ehtiyacın artmaqda davam edəcəyi gözlənilir.
Təhqiqat zamanı məhkumların hüquq və vəzifələrinin necə təmin edilə biləcəyi, misal üçün, bədbəxt hadisə və ya yeni cinayətin baş verəcəyi halda hansı ölkənin qanunlarının tətbiq ediləcəyi, həbsxanalardan hansı standartların tələb olunacağı, eləcə də həbsxana yerlərinin icarə haqqının nə qədər olacağı aydın olacaq.
Bir vaxtlar Norveç Niderlandda həbsxana yerlərini icarəyə götürürdü, bu da icarə haqqı ilə bağlı məsələdə fikir ayrılığına səbəb oldu. Nəticədə, Norveç və Niderland arasında saziş ləğv edildi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:10]
Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]
Fransada qadınlara çağırış edildi: Oktyabrın 13-də iş dayandırılır
- 07.10.2026 [12:00]