İsveç hökuməti qondarma “erməni soyqırımı”nı tanımadı
İstanbul, 29 aprel, AZƏRTAC
İsveç hökuməti ölkə parlamentinin 2010-cu ildə qondarma “erməni soyqırımı” barədə qəbul etdiyi qərarı tanımayıb.
Türkiyə mətbuatının məlumatına görə, İsveç Xarici İşlər Nazirliyinin sözçüsü Erik Boman məsələni şərh edərək bildirib ki, təmsil etdiyi ölkə xalqlar arasında sülh və dostluq tərəfdarıdır. Odur ki, “erməni soyqırımı” məsələsi siyasi mənsubiyyəti olmayan qurumlar tərəfindən araşdırılmalı və bu barədə ədalətli qərar verilməlidir. O deyib ki, yalnız bundan sonra İsveç hökuməti 1915-ci il hadisələri ilə bağlı öz mövqeyini nümayiş etdirəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]