İSVEÇRƏ KONFEDERASİYASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB PASKAL KUŞPENƏ
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı - Konfederasiyanın yaranması günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Məmnunluqla qeyd etmək istərdim ki, bu gün Azərbaycan ilə İsveçrə arasındakı münasibətlər dinamik inkişaf yolundadır. Əminəm ki, dost ölkələrimizin istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində sıx əməkdaşlığı üçün göstərdiyimiz səylər bundan sonra da öz bəhrəsini verəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İsveçrə xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
14 iyul 2008-ci il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:32]
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO
- 15.10.2026 [16:12]