İSVEÇRƏDƏ İLK AZƏRBAYCAN MƏKTƏBİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, sentyabrın 1-də Isveçrədə, Bern Şəhər Təhsil İdarəsinin binasında Azərbaycan məktəbi açılmışdır.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, bu, İsveçrədə ilk Azərbaycan məktəbidir.
Məktəbin açılışında ölkənin müxtəlif bölgələrindən azərbaycanlı şagirdlər və valideynlər iştirak etmişlər. İlk dərs günündə şagirdlərə tədrisin qaydaları və prinsipləri izah edildikdən sonra uşaqlar Azərbaycan dilindən test imtahanı verərək qruplara bölünmüşlər.
Valideynlər məktəbin səmərəli fəaliyyəti üçün hər cür dəstək verəcəklərini bildirmişlər.
Məktəbin açılışına toplaşanlar sonra Bern şəhərinin görməli yerləri ilə tanış olmuşlar.
Hazırda İsveçrədə 40 minədək soydaşımız yaşayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]