İsveçrənin Les Roches və Qlion universitetlərinin nümayəndələri Azərbaycan Turizm İnstitutunda olmuşlar
Bakı, 2 may (AZƏRTAC). Mayın 2-də İsveçrənin Les Roches Universitetinin rektoru xanım Sonya Tatar və Qlion Universitetinin regional inkişaf şöbəsinin əməkdaşı xanım Yuliya Tokareva Azərbaycan Turizm İnstitutunda (ATİ) olmuşlar.
ATİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə institutun rektoru, tarix üzrə elmlər doktoru, professor Cəfər Cəfərov rəhbərlik etdiyi ali məktəbin tarixi, tədris siyasəti, ixtisasları, mövcud problemləri və gələcək inkişaf perspektivləri barədə qonaqlara ətraflı məlumat vermişdir.
İsveçrəli qonaqlar təmsil etdikləri universitetlər haqqında görüş iştirakçılarını məlumatlandırmışlar.
Görüşdə universitetlər arasında əməkdaşlıq perspektivləri, tələbə-müəllim mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Sonra qonaqlar ATİ -nin tələbələri ilə görüş keçirmiş, onlara Les Roches və Qlion universitetlərinin fəaliyyəti barədə geniş məlumat vermişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]