İtaliya çempionatı: Milan derbisində “İnter” klubu qələbə qazanıb
Bakı, 16 oktyabr, AZƏRTAC
Oktyabrın 15-də futbol üzrə İtaliya çempionatının VIII turunun mərkəzi matçı Milanda oynanılıb.
AZƏRTAC xəbər verir ki, “San Siro” stadionunda keçirilən Milan derbisində əzəli rəqiblər “İnter” ilə “Milan” komandaları qarşılaşıblar. Matçın birinci hissəsində nominal meydan sahibi olan “İnter” argentinalı hücumçusu Mauro İkardinin qolu ilə hesabda irəli çıxıb. İkinci hissə qonaqların hücumları ilə başlayıb. Bunun məntiqi nəticəsi kimi, Suso 56-cı dəqiqədə hesaba tarazlıq gətirib. Bundan bir neçə dəqiqə sonra isə İkardi komandasını yenidən irəli çıxarıb -2:1. Lakin təslim olmaq istəməyən Vinçenzo Montellanın komandası 81-ci dəqiqədə yenidən hesabı bərabərləşdirib. Budəfəki qolun müəllifi Bonaventura olub. Amma bu da oyunda vurulan son qol olmayıb. Hakimin matçın artırılma dəqiqələrində “Milan”ın qapısına təyin etdiyi penalti zərbəsini İkardi dəqiq yerinə yetirərək həm het-trikini rəsmiləşdirib, həm də komandasına vacib qələbə qazandırıb.
Bu qalibiyyətdən son “İnter” 22 xalla turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. Birinci pillədə qərarlaşan “Napoli”nin 24 xalı var. “Milan” isə bu mövsüm dördüncü məğlubiyyətini alıb və hazırda turnir cədvəlində onuncudur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [21:18]
Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]