İtaliya daha 380 vətəndaşını İsraildən təxliyə edib
Roma, 11 oktyabr, AZƏRTAC
İtaliya müharibə şəraitində olan İsraildən vətəndaşlarının təxliyəsini davam etdirir.
AZƏRTAC xəbər verir ki, göyərtəsində 200 italiyalı olan Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarə “Pratica di Mare” hava limanına gəlib. Həmçinin 180 nəfər “Neos” aviaşirkətinin sərnişin təyyarəsi ilə ölkəyə qayıdıb.
İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani oktyabrın 11-də daha 500 italiyalının dörd təyyarə ilə ölkəyə qayıdacağını bildirib. Qeyd edib ki, İsraildə 18 min italiyalı var və onların çoxu buranın sakinidir. Minə yaxını isə ikili pasportla hərbi xidmətə yazılıb.
Nazir Qəzza zolağında qapalı vəziyyətdə 10 İtaliya vətəndaşının qaldığını deyib. İsraildə minə yaxın müvəqqəti səyahətçi olduğu bildirilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]