İtaliya karantin rejimini zəiflətməyi planlaşdırır
Roma, 9 aprel, AZƏRTAC
İtaliyada koronavirusun (COVID-19) yayılmasına qarşı yönəlmiş bəzi məhdudlaşdırıcı tədbirlər aprelin sonunadək yüngülləşdirilə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın Baş Naziri Cüzeppe Konte BBC-yə verdiyi müsahibədə deyib: “Alimlər buna icazə versələr, mümkün olacaq. Əgər müsbət cavab olsa, aprelin sonunadək bir sıra sahələr fəaliyyətini bərpa edəcək”.
Konte karantin tədbirlərinin zəiflədilməsinin tədricən edilməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, indi yeni koronavirus hallarının sayı azalmaqdadır.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]
Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb
- 13.10.2026 [18:37]