İtaliya yığmasının hücumçusu Argentina klubundan “Cenoa”ya keçib
Bakı, 27 iyul, AZƏRTAC
Argentinanın “Tiqre” klubunun və İtaliya yığmasının hücumçusu Mateo Reteqi “Cenoa” komandasına keçib.
AZƏRTAC İtaliya klubunun mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, 24 yaşılı forvard tibbi müayinəni uğurla başa vurub. Futbolçu artıq yeni komandanın tərkibində məşqlərə başlayıb.
Bundan əvvəl bildirilmişdi ki, “Vulverhempton” gənc forvarda iddialıdır, lakin maliyyə feyr-pleyi qaydaları italiyalı futbolçuya İngiltərə premyer-liqasında oynamağa imkan verməyib.
Reteqi bu mövsümdə “Tiqre” komandasının tərkibində bütün turnirlərdə 28 matça çıxıb, həmin oyunlarda 12 qol vurub və bir məhsuldar ötürmə edib. Futbolçunun Argentina klubu ilə kontraktı bu ilin dekabrına qədər qüvvədədir. “Transfermarkt” internet portalının xəbərinə görə, oyunçunun təqribi qiyməti 16 milyon avrodur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]