İtaliyada “Beş ulduz hərəkat” yeni hökumətdə təmsil olunma barədə qərar verməlidir
Roma, 11 fevral, AZƏRTAC
İtaliyada yeni hökumətin qurulması mandatını alan Avropa Mərkəzi Bankının (AMB) keçmiş rəhbəri Mario Draqi üçün həlledici məqam yetişib.
AZƏRTAC xəbər verir ki, fevralın 11-də ölkə parlamentinin hər iki palatasında ən çox nümayəndə ilə təmsil olunan “Beş ulduz hərəkat” yeni hökumətdə təmsil olunma barədə qərarını açıqlayacaq. Hərəkatın lideri, xarici işlər naziri Luici Di Mayo partiyanın özəyini təşkil edən üzvləri onlayn səsvermədə iştiraka çağırıb. O bildirib ki, yalnız bu yolla 2018-ci ildə başlanılan islahat yolunun davam etdirilməsi mümkün ola bilər və bunun üçün də partiyanın bazasını təşkil edən üzvlər mövqelərini bildirməlidirlər.
Partiya fəallarına yalnız bir sual ünvanlanıb: “Bizim hərəkatın Mario Draqini dəstəkləyən digər siyasi qüvvələrlə birlikdə yeni qurulacaq texniki-siyasi hökumətdə iştirakına razısınızmı?” Səsvermənin ardınca axşam saatlarında yekun nəticə elan olunacaq və partiya rəhbərliyi hökumətdə təmsil olunma barədə qərarı həmin nəticə əsasında verəcək.
Avropa mövzularında adətən tənqidi mövqeyi ilə seçilən “Beş ulduz hərəkat” avrosentrik M.Draqinin hökumətində təmsil olunacağı böyük sual doğurur. Hərəkat var qüvvəsi ilə bitərəf hüquqşünas Cüzeppe Kontenin rəhbərlik etdiyi hökumətin xilasına çalışsa da, buna nail olmaq mümkün olmayıb. İndi isə yol ayrıcında ya müxalifətdə əsas siyasi qüvvəyə çevrilmək, ya da arzuolunmaz tərəfdaşlarla yeni hökuməti qurmaq görsənir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]