İTALİYADA FƏALİYYƏT GÖSTƏRƏN “AZƏRİ” MƏDƏNİYYƏT ASSOSİASİYASININ PREZİDENTİ ATXƏM-İN QONAĞI OLMUŞDUR
Bakı, 18 dekabr (AZƏRTAC). Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzində (ATXƏM) İtaliyada fəaliyyət göstərən “Azəri” Mədəniyyət Assosiasiyasının prezidenti Mayis Nuriyevlə görüş keçirilmişdir.
Görüşdə ATXƏM-lə Avropada fəaliyyət göstərən diaspor təşkilatlarının əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Qeyd olunmuşdur ki, dünyanın nüfuzlu dövlətlərində Azərbaycan həqiqətlərinin təbliğ olunması yönündə birgə, planlı fəaliyyət olduqca vacibdir.
Görüşdə ATXƏM-in iki illik fəaliyyəti ilə bağlı geniş məlumat verilmiş, türk dünyası diaspor təşkilatları ilə əməkdaşlığın əsas istiqamətləri açıqlanmışdır.
“Azəri” Mədəniyyət Assosiasiyasının prezidenti Mayis Nuriyev bildirmişdir ki, Milan şəhərində yaşayan azərbaycanlılar təşkilatlanmağa başlayanda əsas məqsədimiz zəngin Azərbaycan mədəniyyətini italyanlara tanıtmaq olmuşdur. Bu gün artıq Milan şəhərində Azərbaycan rəqslərini təbliğ edirik və yaratdığımız rəqs məktəbinə maraq göstərənlərin sayı günbəgün artmaqdadır.
Görüşdə Prezident Administrasiyasını sektor müdiri, ATXƏM İdarə Heyətinin üzvü Qafar Əliyev, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Kür-Xəzər Xeyriyyə Cəmiyyətinin rəhbəri Akif Kərimov, Ankara Azərbaycan Yardımlaşma və Kültür Dərnəyinin sədri Əflatun Nemətzadə də iştirak edirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]