İtaliyada həbsxanadan 7 məhbus qaçıb
Roma, 26 dekabr, AZƏRTAC
İtaliyanın Milan şəhərində azyaşlıların saxlandığı “Cesare Beccaria” həbsxanasından 7 məhbus qaçıb.
AZƏRTAC xəbər verir ki, yaşları 17-19 arasında olan məhbuslar həbsxananın həyətində aparılan təmir işlərindən istifadə edərək məftil çəpəri qırmaqla həbsxananı əhatə edən divarı aşıblar. Bəzi məhbuslar isə etiraz əlaməti olaraq həbsxanada kiçikmiqyaslı yanğınlar törədib, əraziyə təhlükəsizlik qüvvələri və mülki-müdafiə qüvvələri cəlb olunub.
Qaçan məhbuslardan ikisinin qısa müddətdə yaxalandığı bildirilib.
Hadisə ilə bağlı Milan Prokurorluğunda araşdırmalara başlanılıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [17:51]
Rusiya Ermənistana etiraz notası göndərib
- 18.06.2026 [17:42]
Norveç dünyada ilk gəmi tunelini tikir
- 18.06.2026 [17:02]
Fransa və Estoniya arasında müdafiə sahəsində əməkdaşlıq genişləndirilir
- 18.06.2026 [16:36]
Alimlər ən effektiv arıqlama dərmanını müəyyənləşdiriblər - tədqiqat
- 18.06.2026 [16:00]
Niderland Fransadan F21 torpedasını alacaq
- 18.06.2026 [15:58]