İtaliyada il yarım əvvəl həbsxanadan qaçmış mafiya üzvü saxlanılıb
Roma, 15 dekabr, AZƏRTAC
İtaliyada “Vanella Grassi” klanının üzvü və ölkədə ən çox axtarılan 100 cinayətkar sırasında yer alan 31 yaşlı Qaetano Anqrisano həbs olunub.
AZƏRTAC xəbər verir ki, təhlükəsizlik qüvvələri Q.Anqrisanonun Neapol şəhərinin şimalında yerləşən Skampia qəsəbəsində gizləndiyi mənzilə basqın ediblər. O, oğlunun doğum günü şənliyi zamanı həbs olunub. Əməliyyata təhlükəsizlik qüvvələrinin 250 üzvü cəlb edilib.
Q.Anqrisano narkotik vasitələrin qanunsuz dövriyyəsi və sui-qəsd ittihamları ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, il yarım əvvəl həbsxanadan qaçmışdı. Q.Anqrisano İtaliya təhlükəsizlik qüvvələrinin bu il ərzində həbs etdiyi 15-ci qaçaq cinayətkardır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:10]
Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]
Fransada qadınlara çağırış edildi: Oktyabrın 13-də iş dayandırılır
- 07.10.2026 [12:00]