İtaliyada nəqliyyat və aviasiya işçiləri tətil ediblər
Roma, 29 sentyabr, AZƏRTAC
İtaliyada ictimai nəqliyyat və aviasiya sənayesinin işçi heyəti milli tətil edib.
AZƏRTAC xəbər verir ki, bu sahədə fəaliyyət göstərən həmkarlar ittifaqlarının qərarı ilə ölkədə bütün ictimai nəqliyyat növləri üzrə işçilər və hava limanlarının yerüstü işçi heyəti 4 saatlıq tətil ediblər. Buna səbəb kimi işçilərin müqavilələrinin yenilənməməsi göstərilir.
Paytaxt Romada, eləcə də digər böyük şəhərlərdə avtobus, metro və tramvay xətlərinin hərəkətində fasilələr yaranıb. Bu, sərnişinlər arasında narahatlıq və təşvişə səbəb olub, ictimai nəqliyyatın hərəkətinə mənfi təsir göstərib.
Aviasiya sənayesinin işçi heyətinin tətilinə bəzi hava yolu şirkətləri də qoşulub. Nəticədə ölkədəki hava limanlarında yüzlərlə daxili və beynəlxalq aviareys ləğv edilib, uçuşlarda gecikmələr olub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]