İtaliyada sosial media üçün yeni qaydalar tətbiq ediləcək
Roma, 19 yanvar, AZƏRTAC
İtaliyada sosial media fenomenlərinə ənənəvi media qurumlarının riayət etdiyi qaydalar tətbiq olunacaq.
AZƏRTAC xəbər verir ki, sosial media fenomenləri öz məzmunlarını onlayn yayımlayan zaman digər media orqanları ilə eyni qaydalara riayət etməli olacaq. Onların fəaliyyətinin İtaliya Rabitə Təşkilatının nəzarəti altında olacağı bildirilib. Yeni qaydalar ilkin olaraq sosial media platformalarında bir milyondan çox izləyicisi olanlara tətbiq ediləcək.
İtaliya Rabitə Təşkilatının rəhbəri Ciakomo Lasorella bildirib ki, artıq sosial media fenomenlərinin azad paylaşım dövrü geridə qalacaq. Təşkilat sosial mediada böyük izləyici kütləsi olan fenomenlərin fəaliyyətinə nəzarət edəcək. Daha sonra bu, daha az izləyicisi olanlara şamil olunacaq.
Sosial media fenomenləri müxtəlif brendlərlə reklam əməkdaşlıqlarını açıq şəkildə bəyan etməsələr və ya biznes maraqlarını açıqlamasalar, böyük cərimələrlə üzləşəcəklər. Bu qaydalara riayət etməyənləri müxtəlif sanksiyalar və 250 min avroyadək cərimə gözləyir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [22:28]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]