İtaliyalı deputatlar Azərbaycandakı seçki prosesini müsbət qiymətləndiriblər
Roma, 10 fevral, AZƏRTAC
Fevralın 9-da Azərbaycanda keçirilən seçkiləri müşahidə edən İtaliya parlamentinin iki üzvü - “Forza İtalia” partiyasını təmsil edən Mariya Rizotti və “Şimal liqası” partiyasının nümayəndəsi Rosanna Boldi proses barədə fikirlərini yerli mətbuata açıqlayıblar.
AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, italiyalı parlamentarilər seçki prosesini ümumilikdə müsbət qiymətləndiriblər. Seçkilərin gedişini şərh edən deputatlar heç bir qanun pozuntusu ilə rastlaşmadıqlarını deyiblər: “Səsvermə zamanı saxtakarlıq olmasın deyə bütün tədbirlər görülmüşdü. Biz müşahidə apardığımız məntəqədə heç bir qayda pozuntusu ilə üzləşmədik”.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]