Azərbaycan Dövlət İnformasiya Agentliyi

İtaliyalı parlamentarilər Azərbaycanla həmrəylik nümayiş etdiriblər

Roma, 15 sentyabr, AZƏRTAC

Ölkəmizin Ermənistan silahlı qüvvələrinin irimiqyaslı hücumlarının, dezinformasiya və yalan dalğasının qurbanı olduğu son günlərdə italiyalı parlamentarilər Azərbaycanla həmrəylik nümayiş etdiriblər.

AZƏRTAC xəbər verir ki, İtaliyanın müxtəlif siyasi partiyalarından olan senator və deputatlar Azərbaycan-Ermənistan dövlət sərhədindəki sonuncu hərbi təxribatları pisləyən, verilmiş qurbanlara görə xalqımızın ağrısını bölüşən, Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Komissiyanın fəaliyyətini dəstəkləyən, həmçinin iki ölkə arasında qarşılıqlı olaraq ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət əsasında sülh müqaviləsinin imzalanmasına çağıran açıqlamalar veriblər. Parlamentarilərin açıqlamaları İtaliyanın müxtəlif kütləvi informasiya vasitələrində, eləcə də onların rəsmi sosial şəbəkə hesablarında dərc olunub.

İtaliya parlamentində İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, “Leqa” partiyasının təmsilçisi, senator Stefano Luçidi “Azərbaycan və Ermənistan arasında mümkün qədər tez sülh müqaviləsi” başlıqlı açıqlamasında Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələrin Ermənistan tərəfindən törədildiyinə diqqət çəkərək bildirib: “Azərbaycanın Qarabağ bölgəsindən uzaqda Ermənistanla Azərbaycan sərhədində baş verən son toqquşmalara aydınlıq gətirməliyik. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın əhəmiyyətinin bariz nümunəsi olaraq bu yaxınlarda Azərbaycan Prezidenti ölkəmizdə səfərdə olub. Azərbaycan, əlbəttə ki, Ermənistanla münasibətlərin gərginləşməsində maraqlı deyil”.

Senator açıqlamasında bütün tərəfləri məsuliyyətli olmağa, Azərbaycan, Ermənistan və Rusiyanın imzaladığı üçtərəfli Bəyanat ilə götürülmüş öhdəliklərə hörmət etməyə çağırıb, eləcə də bu mürəkkəb şəraitdə bütün beynəlxalq ictimaiyyətin yeganə məqsədinin bu iki ölkəyə regionda davamlı sülhün təmin olunması üçün bir yol tapmaqda kömək etmək olduğunu qeyd edib. İki ölkə arasında sərhəd məsələlərinin həllinin və sülh müqaviləsinin tezliklə imzalanmasının beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin əhəmiyyətli olduğunu vurğulayan S.Luçidi deyib: “Bu məqsədlə, ilk növbədə, mümkün qədər tez bir zamanda Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Komissiyanın fəaliyyətini, həmçinin Ermənistan və Azərbaycan arasında zəruri sülh danışıqlarını və sülh sazişinin imzalanmasını dəstəkləmək lazımdır”.

İtaliya Senatının üzvü, “5 Ulduz Hərəkatı” partiyasının təmsilçisi Canluka Ferrara “Azərbaycan xalqı ilə həmrəylik” başlığı ilə verdiyi açıqlamada vurğulayıb: “Mən Azərbaycan xalqına son bir neçə gün ərzində verdiyi qurbanlara görə həmrəyliyimi bildirirəm. Azərbaycan xalqı uzun illər müharibədən, işğaldan, haqsızlıqlardan əziyyət çəkib. Nəhayət, bütün regionun sabitlik və sülhə qovuşacağı vaxt gəlib çatıb. Beynəlxalq ictimaiyyət Ermənistan və Azərbaycana tarixin ağrılı səhifəsini çevirməyə və ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınmasına əsaslanan sülh sazişinin imzalanmasına kömək etməlidir. Bu məsələdə yersiz ideoloji yanaşma deyil, beynəlxalq hüquq üstünlük təşkil etməlidir”.

İtaliya Deputatlar Palatasının sədr müavini, “Yaşayan İtaliya” partiyasının həmsədri, deputat Ettore Rosato mətbuata açıqlamasında 2020-ci ildə üçtərəfli Bəyanatın imzalanması ilə İkinci Qarabağ müharibəsinə son qoyulduğuna diqqət çəkərək iki ölkə arasında sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiya və demarkasiyası üzrə Komissiyanın fəaliyyətinə dəstək verməyə çağırıb, habelə bu xüsusda, Avropa İttifaqının rolunun əhəmiyyətli olduğunu qeyd edib: “Ermənistan və Azərbaycan sərhədində silahlı toqquşmaların yenidən başlanması xəbərləri çox narahatedicidir. Bu, İkinci Qarabağ müharibəsinə son qoyan 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatı ilə əldə edilmiş razılaşmaların açıq şəkildə pozulmasıdır. İki ölkə arasında dövlət sərhədinin demarkasiyası və delimitasiyası ilə bağlı qəti həll yolu tapmaq üçün məsul komissiyanın fəaliyyətini davam etdirməsinə imkan yaratmaq, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmaq üçün tezliklə danışıqlar masasına qayıtmaq lazımdır. Beynəlxalq gərginliyin onsuz da yüksək olduğu bir vaxtda biz yeni müharibə cəbhəsinin açılmasına yol verə bilmərik, bu səbəbdən Avropa İttifaqının bölgədə sabitlik və təhlükəsizliyi təmin etmək üçün həyata keçirdiyi vasitəçilik işi çox əhəmiyyətlidir”.

İtaliya Senatının üzvü, İtaliya Parlamentində İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının sədr müavini, “İrəli İtaliya” partiyasının təmsilçisi, senator Maria Rizzotti “Ermənistan və Azərbaycan arasında davamlı sülh üçün çalışılmalıdır” başlıqlı açıqlamasında Ermənistan və Azərbaycan arasında münaqişənin bitdiyini nəzərə alaraq, onun yenidən başlamasına imkan verilməməli olduğunu vurğulayıb: “Bu gün Ermənistan və Azərbaycan sərhədindən gələn xəbərlər çox narahatedicidir, dünya artıq digər cəbhələrdə baş verənlərdən çox narahatdır və biz yeni müharibə ocaqlarının açılmasına imkan verə bilmərik. Biz mümkün olan hər şeyi etməliyik”.

Ermənistan, Azərbaycan və Rusiya arasında imzalanmış üçtərəfli Bəyanatın öhdəliklərinin yerinə yetirilməsini və iki ölkə arasında sülh danışıqlarını dəstəkləməyə çağıran M.Rizzotti sözlərinə belə davam edib: “Davamlı sülhün bərqərar olması, Ermənistan və Azərbaycan arasında tezliklə sülh müqaviləsinin imzalanması üçün iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyasına cavabdeh olan Komissiyanın fəaliyyətinə və sülh danışıqlarına dəstək göstərməliyik. Bəşəriyyətin qardaşlıq və sülhün qoruyucu qanadları altında yenidən çiçəklənməsi üçün əlimizdən gələni əsirgəməməliyik”.

İtaliya Senatının “5 Ulduz Hərəkatı” partiyasından olan üzvü Canluka Kastaldi “Ermənistan və Azərbaycan arasında iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması” başlıqlı açıqlamasında Ermənistan və Azərbaycan arasında 30 ildir davam edən münaqişəyə 2020-ci ildə son qoyulduğunu bildirib. Yenidən münaqişənin başlamasına imkan verilməməli olduğunu və iki ölkə arasında sərhədlərin demarkasiyası və delimitasiyası və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacib olduğunu deyib: “2020-ci ildə imzalanan üçtərəfli Bəyanatı Ermənistan və Azərbaycan arasında 30 ildir davam edən münaqişəyə son qoysa da, son günlər ərzində biz hərbi əməliyyatların yenidən başlanmasının şahidi olduq ki, bu da böyük narahatlıq doğurur. Yeni cəbhələrin açılmasının qarşısını almaq üçün mümkün olan hər şeyi etmək lazımdır. Tərəflərin qeyd olunan üçtərəfli Bəyanat ilə götürdükləri öhdəliklərə hörmət etmələri, son nəticədə iki ölkə arasında sərhədlərin demarkasiyası və delimitasiyası işlərinə məsul Komissiyaya işlərini yekunlaşdırmasına, ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün danışıqlar masasına qayıtmaları vacibdir”.

İtaliya Senatının “Yaşasın İtaliya” partiyasından olan üzvü, senator Mauro Maria Marino “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi vacibdir” başlıqlı açıqlamasında sonuncu hərbi təxribatları pisləyərək üçtərəfli Bəyanata riayət edilməsinin vacibliyinə diqqət çəkib: “Çoxsaylı münaqişələrdən əziyyət çəkdiyimiz bu anda yeni gərginliyin yaranmaması üçün əlimizdən gələni etmək lazımdır. Xüsusilə, Azərbaycan və Ermənistanla bağlı da beynəlxalq ictimaiyyət tərəflərə Azərbaycan, Ermənistan və Rusiyanın imzaladığı üçtərəfli Bəyanat ilə üzərlərinə götürdüyü öhdəliklərə hörmət edilməsinin vacib olduğunu xatırlatmalıdır”.

Senator, habelə əlavə edib: “Biz Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin müəyyən edilməsi üçün delimitasiya və demarkasiyaya cavabdeh olan Komissiyanın fəaliyyətinə dəstəyimizi ifadə edirik. Bu gün Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına və ərazi bütövlüyünün qarşılıqlı tanınması və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı əsasında sülh sazişinin imzalanmasına hər zamankından daha çox dəstək vermək lazımdır”.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “Silk Way West Airlines” “CargoAi” vasitəsilə rəqəmsal bronlaşdırma imkanlarını genişləndirir

Azərbaycan Prezidenti: Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər

Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir

Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb

Azərbaycan beynəlxalq nəqliyyat dəhlizləri üzrə mövqeyini möhkəmləndirir - ŞƏRH

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib YENİLƏNƏCƏK

Son 9 ayda yol-nəqliyyat hadisələri zamanı 9 velosipedçi ölüb, 8-i yaralanıb – BDYPİ çağırış edib

Mərkəzi Bankın nümayəndə heyəti Almaniyanın bank nəzarəti təcrübəsini öyrənir

Filippinli səyyah: Kəlbəcərə səfər mənim üçün çox maraqlı təcrübə oldu

Prezident: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir

Amerikalı turist: Xudavəng monastırı məndə xoş təəssürat yaradıb

Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır

BMTMM-də Prezidentin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlər müzakirə olunub

Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir

Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub

Baş redaktor: Avazadakı iclasların regional təhlükəsizlik baxımından nəticəyönümlü olacağına inanırıq

Mərkəzi Asiya ilə əməkdaşlıq Azərbaycanın regional mövqeyini gücləndirir - ŞƏRH

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb YENİLƏNİB VİDEO

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb YENİLƏNİB VİDEO

M4 avtomobil yolunun Cəngi qəsəbəsindən keçən hissəsində təhlükəsizlik tədbirləri görülüb

Xəzər Ekoloji Sammiti beştərəfli əməkdaşlığın yeni mərhələsini zəruri edir TƏHLİL

® Mürəkkəb əməliyyatların peşəkarı

Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

İlin birinci yarısında Türk dövlətlərinin ÜDM-i 1,33 trilyon dollara çatıb

Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

DİM-də fənlər üzrə elmi-metodik seminarlar başlanır

AMEA-da Vyetnam nümayəndə heyəti ilə görüş olub

Federiko Kamurati: Dünyanın müxtəlif ölkələrindən olan vəkillər arasında əməkdaşlığı təşviq etmək böyük əhəmiyyət daşıyır

XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərinə dair Azərbaycan tarixşünaslığı araşdırılıb

Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi: siyasi, diplomatik və iqtisadi perspektivlər

Hava sabah axşamadək yağıntılı olacaq VİDEO

Hava sabah axşamadək yağıntılı olacaq VİDEO

“Bavariya”nın sabiq futbolçusu: “Sabah” üçün “Borussiya Dortmund”a qalib gəlmək çətin olacaq – EKSKLÜZİV

Nazir müavini: Elmi araşdırma və təhlillər düzgün qərarların qəbul edilməsində mühüm rol oynayır

“Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” - Bakıda aktual müzakirə

ADPU-da seminar: Psixoloq nəyi bilməməlidir?

“Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 aprel tarixli 638 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 25 fevral tarixli 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “İxracı və idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında həyata keçirilən malların Siyahısında və həmin Siyahının “Qeyd” hissəsinin 1-ci bəndində göstərilən mallar üzrə xarici iqtisadi fəaliyyətin mal nomenklaturası kodları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

ADY-nin Astara Terminalında yük daşımaları 33 faiz artıb

Polşada azərbaycanlı rəssamın sərgisi və filmi təqdim olunub

Finlandiya vətəndaşlıq testi tətbiq edir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Her-Her məbədi

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib YENİLƏNİB

Bakıda NATO-nun təlim kursu keçirilir

Aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans

Azərbaycanın turizm potensialı Polşanın üç şəhərində nümayiş etdirilib

Fransada polis avtomobili etiraz aksiyası keçirən şagirdlərin üstünə sürüb VİDEO

Fransada polis avtomobili etiraz aksiyası keçirən şagirdlərin üstünə sürüb VİDEO

Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar YENİLƏNİB VİDEO

Azərbaycanda üst geyim istehsalı 50 faizdən çox artıb – QRAFİK

Prezidentin MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı Azərbaycan iqtisadiyyatı üçün faydalıdır - ŞƏRH

Azərbaycan regionlararası əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir- ŞƏRH  

İrakli Kobaxidze: Orta Dəhlizə marağın artdığı bir vaxtda dəmir yollarının rolu daha da aktuallaşır

Fərid Qayıbov: Milli-mənəvi dəyərlərə bağlı gənclik cəmiyyətin gələcəyinin təminatçısıdır

® “Kapital Bank” istiqraz yerləşdirməsi ilə xarici investor bazarına çıxışını genişləndirib

Gecikdirilmiş 548 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub

Azərbaycan Mərkəzi Asiya ilə vahid geoiqtisadi məkanın formalaşmasında mühüm rol oynayır - ŞƏRH

Vəkillər hüquq praktikasında və məhkəmə sistemində süni intellektlə bağlı müzakirələr aparıblar

Fəlsəfə doktoru: Milli-mənəvi dəyərlər gənclərə izah və müzakirə yolu ilə aşılanmalıdır

Xəzər regionu ölkələrinin alimləri Aktauda dənizin ekoloji problemlərini müzakirə ediblər

Azad edilmiş ərazilərdə vergi və gömrük güzəştlərinin tətbiq dairəsi genişləndirilib

Pərakəndə ticarət dövriyyəsi 4 faizə yaxın artıb

Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 9 oktyabr

Paşinyan: Azərbaycan dəmir yolları yüklərin Ermənistana daşınması üçün istifadə olunur, qarşıda TRIPP layihəsinin reallaşdırılması var

İqtisadiyyata kredit qoyuluşları 14,5 faiz artıb

Umud Mirzəyev: Azərbaycanın yaratdığı yeni reallıqlar tarixi ədalətin və milli birliyin təntənəsidir

AMADA "Kəpəz" klubunda seminar keçirib

Fiziki şəxslərin banklardakı əmanətləri artıb

Əsas kapitala yönəldilən investisiyanın məbləği açıqlanıb

Sənaye sektorunda 51 milyard manatdan çox məhsul istehsal edilib

VK-nın sədri: Süni intellektin yaratdığı çağırışlara hüququn necə cavab verməli olduğunu nəzərdən keçirmək əhəmiyyətlidir

İstanbulda Türk Dövlətləri ilə Əməkdaşlıq Günü və Naxçıvan Sazişinin 17-ci ildönümü qeyd edilib

AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir

İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir

Deputat: Azərbaycanda rəqəmsallaşma və innovasiya siyasəti uğurla koordinasiya olunur

Əhalinin gəlirləri artıb

Komitə: Azərbaycanda orta aylıq əməkhaqqı 7 faizdən çox artıb

Tuğ qoruğunda Alban xristian irsi ilə bağlı arxeoloji tədqiqatlar aparılıb

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib YENİLƏNİB VİDEO

Anar Bağırov: Kollegiyaya qəbul olunan vəkillərin əksəriyyətini gənclər təşkil edir

Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb

Azərbaycanın xarici dövlət borcu azalıb

Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

Aynur Sofiyeva: Uşaqlarda informasiya axınının təhlili və seçim etmək bacarığı formalaşdırılmalıdır

Azərbaycanın orta güc kimi yüksəlişi: müstəqil və çoxvektorlu xarici siyasətin rolu

Tərlan Həsənov: Murad Fətiyev 4 yaşından yanımdadır, genetik xüsusiyyətləri ikiqat SSRİ çempionu olan atasından gəlir

Azərbaycanda ÜDM artıb

Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Gürcüstan hökuməti Tbilisi - “Qırmızı Körpü” avtomobil yolunun tikintisinə 100 milyon lari ayırır

Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı nöqtəsinə çevrilir - ŞƏRH

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

Türkiyənin daxili işlər naziri cinayətkarlığa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb

NTD amerikalı basketbolçunu transfer edib

Ekspert: Süni intellekt və rəqəmsal bankçılıq İslam maliyyəsinin inkişafına təkan verir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

Nepalda məktəb avtobusu qəzaya uğrayıb: 5 ölü, 14 yaralı

Xaçmazda mağazada yanğın olub VİDEO

Xaçmazda mağazada yanğın olub VİDEO

İran uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bəyan edib

Ramin Məmmədov: Milli-mənəvi dəyərlər dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdəndir

Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı?

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də