Azərbaycan Dövlət İnformasiya Agentliyi

İtaliyalı professor: Azərbaycan Romanın həyati və strateji enerji tərəfdaşıdır MÜSAHİBƏ

İtaliyalı professor: Azərbaycan Romanın həyati və strateji enerji tərəfdaşıdır  MÜSAHİBƏ

Bakı, 10 sentyabr, AZƏRTAC

İtaliya regionda və Avropada böyük nüfuzu olan ölkələrlə siyasi, iqtisadi və mədəni əməkdaşlıqda maraqlı olan Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığının gücləndirilməsində və İtaliyanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Hazırda Azərbaycanda müxtəlif sahələrdə 100-dən çox İtaliya şirkəti fəaliyyət göstərir. Prezident İlham Əliyevin ötən həftə İtaliyaya baş tutan səfəri iki ölkə arasında münasibətlərin möhkəmlənməsinin daha bir bariz göstəricisidir.

Jurnalist T.Məmmədova AZƏRTAC üçün italiyalı ekspert, professor Daniel Pomier Vinçelli ilə Azərbaycan-İtaliya tərəfdaşlığı barəsində müsahibə hazırlayıb. Müsahibəni təqdim edirik:

- İtaliya ilə Azərbaycan arasında münasibətlərin hazırkı vəziyyəti necədir və yüksək səviyyəli səfərlər onların genişlənməsinə necə töhfə verəcək?

- İtaliyanın Azərbaycanla çoxdan həm hökumətlər, həm də qanunvericilik orqanları səviyyəsində əla əlaqələri var. Yüksək səviyyəli səfərlər mütəmadi olaraq baş verir və təkcə kəmiyyət baxımından deyil, həm də keyfiyyət baxımından təqdirəlayiqdir. Bu səfərlər təkcə bəyanatlarla məhdudlaşmır. Görüşlər zamanı ölkələr arasında nəqliyyat, sənaye, kənd təsərrüfatı və informasiya texnologiyaları kimi sahələrdə əməkdaşlığın genişləndirilməsinə yönəlmiş mühüm sazişlər bağlanır. Prezident Əliyev İtaliyanın ən mühüm iqtisadi konfransı olan Beynəlxalq Çernobbio Forumunda ikinci dəfə iştirak edib. Eyni zamanda, yayın əvvəlində İtaliya Müdafiə Nazirliyinin rəhbəri Qido Krosetto Bakıya növbəti dəfə səfər edib. Qido Krosetto təkcə müdafiə naziri deyil, həm də İtaliya Respublikası Nazirlər Şurasının Sədri Ciorcia Meloni üçün məsləhətçi sayıla bilər. Əgər o, hər hansı ölkəyə səfər edərsə, bu, İtaliyanın siyasi və iqtisadi sistemi üçün çox əhəmiyyətlidir. Ticarət əlaqələrimiz güclənib. İtaliya və Almaniya faktiki olaraq Azərbaycanın Avropa Birliyində aparıcı ticarət tərəfdaşlarına çevriliblər. İkitərəfli əlaqələr sənaye, kənd təsərrüfatı, maşınqayırma sahələrində uğurla inkişaf edir və şirkətlərimiz arasında çox yaxşı qarşılıqlı əlaqə mövcuddur.

- Rəsmi Bakı ilə Roma arasındakı münasibətlərdə enerji hansı rol oynayır? Azərbaycan COP29-a ev sahibliyi etdiyi üçün iki ölkə arasında bərpaolunan enerji sahəsində əlaqələri gücləndirmək imkanı varmı? Roma COP29-a uğurla ev sahibliyi etməkdə Bakıya necə dəstək ola bilər?

- Təbii ki, enerji iki ölkə arasında əməkdaşlığın aparıcı sahəsidir. Azərbaycan ümum-Avropa enerji təhlükəsizliyinin təminatçısıdır. Eyni zamanda, 10 Avropa ölkəsi (7-si Aİ üzvü) Azərbaycandan Cənub Dəhlizi vasitəsilə enerji tədarükünə ümid edir. Təbii ki, hər kəs strateji səbəblərə görə bərpaolunan enerjiyə mərc edir, çünki qalıq yanacaq ehtiyatları məhduddur. COP29-un institusional mənzərəsini nəzərə alaraq, əməkdaşlığın yeni sahələri araşdırıla bilər. Bu il Azərbaycan COP29-a, İtaliya isə G7-yə sədrlik edir. Bu, ölkələrimiz arasında əməkdaşlıq üçün yeni imkanlar açır. İnanırıq ki, bu beynəlxalq tədbir Azərbaycanın uğurları ilə yadda qalacaq. BMT Azərbaycanı nümunə göstərməklə demək istəyir ki, hətta böyük neft və qaz potensialına malik olan ölkələr də öz iqtisadiyyatlarını və sənayelərini yaşıllaşdıra bilərlər. Bu addımlar Azərbaycanın “yaşıl keçid” yolunu xeyli sürətləndirəcək.

- Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi Avropanın, o cümlədən İtaliyanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Rəsmi Bakının Avropa İttifaqını (Aİ), xüsusilə də Romanı enerji resursları ilə təminatında rolunu necə qiymətləndirirsiniz?

- Rəqəmlər öz sözünü deyir. Bu gün Azərbaycan İtaliyanın ikinci ən böyük qaz tədarükçüsüdür (ilk neft tədarükçüsü). 2020-ci ilə qədər biz Rusiya qazına arxalanırdıq və Rusiya ölkəmizin ən böyük təchizatçısı idi. 2022-ci ildə Ukraynanın işğalı hər şeyi dəyişdi. Bu gün Rusiya İtaliyaya qazın təqribən 3 faizini verir və Azərbaycan əsas təchizatçı kimi qeyd olunur. Bu, Cənub Qaz Dəhlizinin və TAP layihəsinin əsasında olan strateji baxışı nümayiş etdirir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin və tranzitinin təmin edilməsində mühüm tərəfdaşdır. Biz Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Bakının rolunu yüksək qiymətləndiririk ki, bu da bizə enerji resurslarının və onların marşrutlarının tədarükünü şaxələndirməyə, eləcə də enerji təhlükəsizliyini yaxşılaşdırmağa imkan verəcək. Bu məqsədlər Aİ Enerji Birliyi üçün vacibdir.

- İtaliya şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində iştirak edirmi? Hazırda hansı layihələr planlaşdırılıb?

- Çoxları var. Birbaşa iştirak etdiyim layihələrdən birini qeyd edə bilərəm. “Art Cloud Network” - Zəngilan, Ağdam, Şuşa şəhərlərində tarix muzeylərinin layihələndirilməsi və tikintisi ilə məşğul olan İtaliyanın mədəniyyət müəssisəsidir. Tarixçilərdən, jurnalistlərdən, memarlardan, mədəni irs ekspertlərindən ibarət multidissiplinar komanda azərbaycanlı həmkarları ilə əl-ələ verib texnoloji cəhətdən qabaqcıl tarix muzeylərinin ən son nəslini qurmaq üçün çalışırlar. Bu, iqtisadiyyatlarımız arasında əməkdaşlığın çoxsaylı hekayələrindən biridir. Çoxsaylı İtaliya şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə yenidənqurma layihələrində iştirakı güclü iqtisadi əlaqələrin göstəricisidir və bu tərəfdaşlığın daha da genişləndirilməsi üçün potensial mövcuddur.

Bundan başqa, İtaliya şirkətləri işğaldan azad edilmiş 4 rayonda - Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə elektrik stansiyaları üçün avadanlıq verib. Həmçinin, İtaliya şirkəti Bakıda Qələbə Muzeyinin tikintisində fəal iştirak edib.

- İtaliya-Azərbaycan dəyirmi masası çərçivəsində istehsal və xidmətlər sahəsində birgə müəssisələrin yaradılması, elmi-tədqiqat layihələrinin həyata keçirilməsi və təcrübə mübadiləsinə dair sənədlər imzalanıb. İki ölkə arasında əməkdaşlığın hansı sahələrini daha perspektivli hesab edirsiniz?

- Bu gün 100-ə yaxın İtaliya şirkəti Azərbaycanın sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə və xidmət kimi müxtəlif sahələrində fəaliyyət göstərir. Hazırda İtaliyanın ərzaq məhsullarına tələbat da artır. Şübhəsiz ki, zərgərlik sektorunda böyük potensial var. İtaliya biznesi idarə etmək və ixtisaslaşmış işçi qüvvəsini saxlamaqda geniş texnoloji biliklərə malikdir. İtaliyanın sahibkarlıq təcrübəsinin mübadiləsi Azərbaycanda iş yerlərinin şaxələndirilməsi və ixtisaslaşması prosesinə kömək edə bilər. Gələcəkdə İtaliya-Azərbaycan əməkdaşlığının ən gəlirli sahələri maşınqayırma, yüksək texnologiyalar, səhiyyə, kənd təsərrüfatı məhsulları və əlbəttə ki, moda və dəbdəbəli mallar ola bilər. Bu gün fəaliyyətini sürətlə genişləndirən Azərbaycanda İtaliya Azərbaycan Universiteti yaradılıb. Düşünürəm ki, bu layihə gələcək təkmilləşdirmələrin təməl daşı olacaq.

- İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir, lakin İtaliyaya ixracda enerji resursları üstünlük təşkil edir. Sizcə, ticarət əlaqələrinin şaxələndirilməsi üçün hansı addımlar atıla bilər və əməkdaşlığın hansı qeyri-enerji sahələrinin inkişaf perspektivləri var?

- Enerjiyə olan tələbat struktur xarakterlidir və bu gün İtaliya ticarətinin ümumi həcminin 3 faizi Azərbaycanın payına düşür. Təbii ki, ticarətin şaxələndirilməsi strateji xarakter daşıyır və vaxt tələb edir. Düşünürəm ki, ən perspektivli sahələr kənd təsərrüfatı məhsulları, moda və turizmdir. İtaliya Cənub Qaz Dəhlizinin genişləndirilməsində maraqlıdır. Rəsmi Roma Avropanın enerji mərkəzinə çevrilməyə çalışır və bu istiqamətdə Azərbaycanla əməkdaşlıq vacibdir. Cənub Qaz Dəhlizi İtaliya və Avropada qazın qiymətinin aşağı salınmasına kömək edən mühüm komponent olacaq. İtaliyaya gəlincə, Azərbaycan Romanın həyati və strateji enerji tərəfdaşıdır.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı Natiq Əliyev: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb

Ağstafada müəllimlər arasında yarış olub

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL