İtaliyanın Albaniyada tikdiyi miqrant düşərgəsi avqustda istifadəyə veriləcək
Roma, 6 iyun, AZƏRTAC
İtaliyanın Albaniyada inşa etdiyi miqrant düşərgələrindən birincisi avqust ayında istifadəyə veriləcək.
AZƏRTAC xəbər verir ki, Albaniyada səfərdə olan İtaliyanın Baş naziri Ciorcia Meloni alban həmkarı Edi Rama ilə birgə miqrant düşərgələrinin tikintisinin aparıldığı əraziyə baş çəkib.
Albaniyanın şimalındakı Şenjin şəhərində iki miqrant düşərgəsi inşa edilir. Avqustda istifadəyə veriləcək min nəfər yerlik düşərgəyə Aralıq dənizində İtaliya sahil-mühafizə gəmiləri tərəfindən xilas edilən qeyri-qanuni mühacirlər yerləşdiriləcək. Digər üç min nəfərlik düşərgənin isə ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulur. İtaliya beş il ərzində mərkəzə ümumilikdə 670 milyon avro vəsait ayıracaq.
Qeyd edək ki, keçən ilin noyabrında İtaliya və Albaniya arasında imzalanan razılaşmaya əsasən, iki düşərgədə ayda maksimum üç min, il ərzində isə ümumilikdə 36 minədək immiqrant müvəqqəti yerləşdiriləcək. Düşərgələrdə alban qanunları ilə yanaşı, İtaliya qanunları da tətbiq ediləcək.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
Hörmüz boğazında gəmi vurulub
- [14:13]
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]