İtaliyanın Siciliya adasında meşə yanğınları davam edir
Roma, 23 sentyabr, AZƏRTAC
İtaliyanın cənubundakı Siciliya adasında ötən gecədən başlayan meşə yanğınları ilə mübarizə davam edir.
AZƏRTAC xəbər verir ki, yanğının bəzi yerlərdə yaşayış məntəqələrinə yaxınlaşdığı, Palermo şəhərinin Brankaççio bölgəsində xeyli insanın evlərini tərk etmək məcburiyyətində qaldığı bildirilir. Qratteri bölgəsində isə ibtidai və orta məktəblərdə tədris dayandırılıb.
İtaliya Mülki Müdafiə Agentliyi yanğınlarla əlaqədar adanın şərqindəki Messina, şimaldakı Palermo və qərbdəki Trapani şəhərlərində qırmızı “Həyəcan” xəbərdarlığı elan edib.
Yanğınların söndürülməsi üçün mülki müdafiə qüvvələri səfərbər olunub. Hazırda yanğınsöndürən təyyarələr və könüllülərin də yardımı ilə yanğınlara müdaxilə davam edir.
Adada hökm sürən küləkli hava şəraitinin yanğınların söndürülməsinə mane olduğu bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:24]
Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]
Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb
- 01.10.2026 [12:39]