Azərbaycan Dövlət İnformasiya Agentliyi

IX Qlobal Bakı Forumu bir sıra beynəlxalq problemlərin həllinə önəmli töhfədir

IX Qlobal Bakı Forumu bir sıra beynəlxalq problemlərin həllinə önəmli töhfədir

Bakı, 22 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu keçirilib. Prezident İlham Əliyevin Forumun açılış mərasimindəki çıxışı həlli əhəmiyyətli bir çox məsələlərlə bağlı dünyaya vacib mesajların verilməsi, dünyanı gözləyən gələcək böhran və onların həlli istiqamətində fundamental çağırışların edilməsi ilə yadda qalıb.

Xüsusilə qeyd etmək lazımdır ki, dövlətimizin başçısının həyata keçirdiyi uğurlu, sistemli və məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə, eyni zamanda, ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlarla münasibətləri ən yüksək səviyyədə qurulub. Bu münasibətlərin sayəsində dövlətimizin ikitərəfli və çoxtərəfli əlaqələri milli maraqlarımıza uyğun formalaşaraq gələcək hədəflərimizin yerinə yetirilməsində mühüm rol oynayır. Azərbaycanın nüfuzunun artması, ümummilli məsələlərlə bağlı dövlətimizə göstərilən münasibət aparılan xarici siyasət kursunun əhəmiyyətli nəticələrindəndir. Artıq ölkəmiz regionun lider dövləti olaraq dünyada sayılıb-seçilən, söz sahibi olan, özünün müstəqil siyasəti ilə dünya dövlətləri arasında layiqli yerini və rolunu daha da möhkəmləndirən ölkələr sırasındadır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov söyləyib.

O bildirib ki, Azərbaycanın, paytaxt Bakının bir çox beynəlxalq və regional tədbirlərə, forumlara ev sahibliyi etməsi bu siyasətin nəticələrindən biridir. Bu cür tədbirlərin ölkəmizdə keçirilməsi bizə göstərilən inamın, etimadın bariz nümunəsidir. Paytaxt Bakımızın bu qəbildən olan tədbirlərə layiqincə və ən yüksək səviyyədə ev sahibliyi etməsi iştirakçı dövlətlər tərəfindən də təqdir olunur.

Bir sözlə, Azərbaycan özünün gücü, potensialı və imkanları ilə təkcə milli məsələlərlə bağlı deyil, bir çox qlobal məsələlərin və problemlərin həllinə həsr olunmuş tədbirlərdə də öz təşəbbüskarlığı və qətiyyətli addımları ilə seçilir. Təsadüfi deyil ki, Azərbaycan dünyada terrorizm, pandemiya, humanitar, təbii fəlakətlərlə mübarizədə digər ölkələrin yardımına ilk çatan dövlətlərdən biridir. Azərbaycan öz imkanları hesabına dünyada sülhün və tərəqqinin inkişafına önəmli töhfələr verir.

“IX Qlobal Bakı Forumu da özünün siyasi aktuallığı və əhəmiyyəti ilə seçilən, ölkəmizin ev sahibliyi etdiyi vacib tədbirlərdən biridir. Belə ki, Forumda ümumilikdə 53 ölkədən 400-ə qədər nümayəndə, o cümlədən dövlət və hökumət başçıları, sabiq dövlət və hökumət başçıları, gənc liderlər, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Forumda əsasən qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılıb.

Bu Forum çərçivəsində çıxışların və fikir mübadiləsinin aparıldığı bir sıra məsələlər bu gün öz aktuallığını qoruyub saxlayır. Bunlardan ən önəmlisi təhlükəsizlik məsələləridir ki, beynəlxalq arenada, gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib. Otuz ilə yaxın bir müddətdə Azərbaycan işğaldan əziyyət çəkən bir ölkə olaraq hər bir dövlətin və xalqın təhlükəsizliyinin əhəmiyyətini yüksək qiymətləndirir. Bu baxımdan, Azərbaycan dünyada sülhü, dövlətlərin təhlükəsizliyini təhdid edən, işğalçılıq siyasəti yürüdən dövlətlərə qarşı barışmaz mövqeyini hər zaman qətiyyətlə sərgiləyir. Azərbaycan işğalla üzləşdiyi və tarixi torpaqlarının ermənilər tərəfindən vandalizmə, terrora məruz qaldığı zamanlarda dünyaya daim haqq səsini ucaldıb və bu ədalətsizliyin dünya nizamını, balansını pozduğunu dəfələrlə ən ali tribunalardan bəyan edib”, - deyə V.İsmayılov qeyd edib.

Onun sözlərinə görə, bəzi hallarda bir sıra beynəlxalq təşkilatların qərarları ancaq kağız üzərində qalıb və icrasına heç bir nəzarət olunmayıb. Bu da işğala, etnik təmizləməyə və terrora meylli dövlətlərə öz siyasətlərini davam etdirməyə daha da rəvac verib. Halbuki dünya bu cür hallarda barışmaz mövqedə olmalı, haqq səsini birgə ucaltmalı, dünyanın və ayrı-ayrı bölgələrin əmin-amanlığına, təhlükəsizliyinə ciddi təhdidlər yaradan halların qarşısının alınması, eləcə də həmin dövlətlərə qarşı sanksiyaların tətbiq edilməsinə qarşı həmrəylik nümayiş etdirməlidir. Dövlətimizin başçısı İlham Əliyevin Forumda çıxışı zamanı səsləndirdiyi kimi, Qarabağ münaqişəsinin həlli, regionda təhlükəsizlik üçün, regionda sülh üçün bir fürsətdir. Bu fürsəti isə beynəlxalq hüquq deyil, məhz Azərbaycan dövləti özü təmin etdi.

V.İsmayılov qeyd edib ki, Forumda dövlətimizin başçısı təhlükəsizliklə yanaşı, dünyadakı böhranın qaçılmaz olması, artıq dünyanın yaxın zamanlarda bu fəlakətlərlə üz-üzə qalacağı haqqında qətiyyətli mövqeyini ortaya qoydu. Enerji bazarlarındakı vəziyyəti isə proqnozlaşdırmaq çətindir. Dövlətimizin başçısının sözlərinə görə, beynəlxalq təşkilatlar və aparıcı ölkələr miqrantların potensial artımı ilə bağlı vəziyyətin öhdəsindən gəlməlidirlər. Enerji bazarlarındakı vəziyyəti gəldikdə isə istehsalçılar və istehlakçılar arasında maraqlar tarazlığı, sabit bazar lazımdır. Azərbaycanın fəal iştirak etdiyi OPEC+ formatında səylər məhz buna yönəlib.

“IX Qlobal Bakı Forumun işini işğaldan azad olunan Azərbaycanın mədəniyyət paytaxtı Şuşada davam etdirməsi və burada panel müzakirələrin aparılmasının xüsusi tarixi və siyasi əhəmiyyəti var. Müzakirələrdən sonra qonaqlar Şuşa şəhəri ilə tanış olublar. Forumun iştirakçılarına işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri, bu ərazilərin minalardan təmizlənməsi barədə məlumat verilib.

Ümumilikdə bu cür beynəlxalq səviyyəli tədbirlərin ölkəmizdə və işğaldan azad edilmiş tarixi torpaqlarımızda təşkil edilməsi Azərbaycanın dünyaya ən layiqli şəkildə tanıdılması və xarici nümayəndələrin işğala məruz qalmış ərazilərimizdəki erməni vandalizminin nəticələrini öz gözləri ilə görməsinə önəmli şərait yaradır”, - deyən Vüsar İsmayılov fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir