İzmirdə dağıntılar altından daha 5 nəfərin cəsədi çıxarılıb
İstanbul, 3 noyabr, AZƏRTAC
Türkiyənin İzmir vilayətində baş verən zəlzələ nəticəsində həlak olanların sayı 107-yə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.
Məlumatda qeyd edilir ki, təbii fəlakət nəticəsində indiyədək xəstəxanalara yerləşdirilən 1027 yaralıdan 144-nün müalicəsi davam etdirilir.
Oktyabrın 30-da baş verən 6,6 bal gücündə zəlzələdən bu gün səhər saat 08:00-dək 1508 afterşok qeydə alınıb. Onlardan 44-ü 4 baldan yüksək olub.
Hadisə zamanı zədələnən və ya dağılan 17 binadan 13-də axtarış-xilasetmə işləri başa çatıb.
İndiyədək 11 min 97 binada araşdırma aparılıb. Bu tikililərdən 124-nün ciddi zədəli olduğu müəyyən edilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]