İzolyasiya materialları inşaatın özəyidir
Bakı, 4 noyabr (AZƏRTAC). Azərbaycanın ekoloji şəraiti binaların inşasında izolyasiya materiallarından istifadəni zəruri etmişdir. Bu sahədə zəngin təcrübəyə malik “Evim İzolyasyon Mühəndislik İnşaat” MMC Bakı Ekspo Mərkəzində keçirilən sərgidə izolyasiya sahəsində tanınmış bir çox şirkətlərin istehsalı olan izolyasiya materiallarını təklif edir.
Şirkətin təmsilçisi Sevda Nəsirova AZƏRTAC-a bildirmişdir ki, bu məhsullar inşaatın özəyini təşkil etməklə tikintinin bütün sahələrində tətbiq olunur. Məhsullardan metro tunelləri, yeraltı qurğular, yeraltı kanalizasiya sistemləri, yaşayış və sənaye binalarının bünövrəsində, su elektrik stansiyalarında, su qurğularının izolyasiyasında və s. geniş istifadə edilir.
Qeyd edilmişdir ki, izolyasiya materialları binaların isidilməsi və soyudulmasına sərf edilən enerjiyə 40-60 faiz qənaət edir, rütubətə, nəmə, korroziyaya yüksək dərəcədə davamlıdır, xarici və daxili yüksək səs təsirlərini azaldır.
“Evim İzolyasyon Mühəndislik İnşaat” MMC hazırda dünyanın bir çox aparıcı şirkətləri ilə birgə layihələr həyata keçirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]