Jan-Pyer Allali: Azərbaycan tolerantlığın və dünyəvi baxışların nadir nümunəsidir
Bakı, 20 aprel, AZƏRTAC
Fransa Yəhudi İnstitutları Təmsilçilər Şurası (CRIF) İdarə Heyətinin üzvü və Parisdə yerləşən Rasizm və Antisemitizm əleyhinə Beynəlxalq Liqanın (LICRA) baş katibi Jan-Pyer Allali 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunmasından bəhs edərək deyib: “Mən Azərbaycanı çox yaxşı tanıyıram, bu ölkəyə mütəmadi olaraq səfərlər edirəm. Müsəlman ölkəsi, lakin yetərincə dünyəvi dövlət olan Azərbaycan tolerantlığın və dünyəvi baxışların nadir nümunəsidir”. Bu barədə AZƏRTAC-a Avropa Azərbaycan Cəmiyyətindən məlumat verilib.
Jan-Pyer Allali vurğulayıb ki, Azərbaycanda bütün dinlər və mədəniyyətlər heç bir diskriminasiyaya məruz qalmadan bütün azərbaycanlıların çiçəklənməsi və xoşbəxtliyi naminə ahəngdar şəkildə qarışıb. Azərbaycanda birgə yaşamaq prinsipi uzun zamandan bəri mövcuddur. Bu, Avropa ölkələrində uzun müddətdir hədəf elan edilsə də, Azərbaycanda təbii və sülh içərisində mövcud olmaqdadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]