“Jelezniçar” klubu “Neftçi” ilə oyuna itkilərlə çıxacaq
Bakı, 27 iyul, AZƏRTAC
UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Jelezniçar” ilk görüşə optimal heyətlə çıxa bilməyəcək.
AZƏRTAC xəbər verir ki, bunu Bosniya və Herseqovina klubunun baş məşqçisi Nermin Başiç açıqlayıb.
Bildirib ki, yarımmüdafiəçilər Semir Ştiliç və Edin Rustemoviç zədə səbəbindən görüşü buraxacaqlar. Həmçinin müdafiəçilər İrfan Yaşareviç, Edin Kokaliç və yarımmüdafiəçi Hamza Qasalın da oynayıb-oynamayacağı bəlli deyil.
Qeyd edək ki, bu gün “Qrbavitsa” stadionunda keçiriləcək “Jelezniçar” - “Neftçi” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]