Jitomirdə döyüş təlim təyyarələri toqquşub, 3 pilot həlak olub
Kiyev, 26 avqust, AZƏRTAC
Jitomir vilayətində iki L-39 döyüş təlim təyyarəsi toqquşub. Təyyarə qəzası nəticəsində məşhur pilot Andrey Pilşikov həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Dövlət Təhqiqatlar Bürosu və Hərbi Hava Qüvvələri birgə məlumat yayıb.
Təyyarə qəzası Ukrayna Aviasiya Günü ərəfəsində baş verib. Döyüş tapşırığını yerinə yetirərkən Jitomir yaxınlığında səmada iki L-39 təyyarəsi toqquşub. Üç ukraynalı pilot həlak olub.
Dövlət İstintaq Bürosu artıq cinayət işi açıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları təyyarələrin saz vəziyyətdə olub-olmadığını və uçuşlara hazırlıq qaydalarına əməl edilib-edilmədiyini yoxlayacaqlar.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]