“JUNJİN” ŞİRKƏTİNİN BETON POMPALARININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
“JUNJİN Europe” şirkətinin ölkəmizdə rəsmi təmsilçisi olan “Avtomotors” MMC şirkətin nümayəndələri ilə birlikdə JUNJİN beton pompalarının təqdimat mərasimini keçirmişdir.
MMC-nin baş direktoru Rasim Xudaverdiyev və “JUNJİN Europe” şirkətinin Türkiyə və Asiya ölkələri üzrə regional direktoru Yılmaz Sarıca əsası 1980-ci ildə Koreya Respublikasında qoyulmuş şirkət haqqında qısa məlumat vermişlər. Bildirilmişdir ki, JUNJİN beton pompalarına dünyanın 80 ölkəsinin tikinti meydançasında - Şimali və Cənubi Amerikada, Yaxın və Orta Şərqdə, Mərkəzi Asiyada rast gəlmək mümkündür. Hazırda şirkətin məhsulları Avropa ölkələrində də uğurla satılır və məhz buna görə də 2005-ci ildə Belçikada “JUNJİN Europe” şirkəti yaradılmışdır. Bu maşınlara Azərbaycanda da böyük tələbat olduğu qeyd edilmiş və artıq 2 ədəd beton pompasının müştərilərə təhvil verildiyi diqqətə çatdırılmışdır.
Tədbirdə şirkət haqqında film göstərilmiş, maşınların texniki xüsusiyyətləri barədə məlumat verilmişdir.
Sonda özəl şirkətlərin və KİV nümayəndələrinin sualları cavablandırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [15:23]
“AI for Engineers” təlim proqramına müraciətlərin qəbuluna başlanılır
- 09.10.2026 [15:17]
Müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı 89 faizə çatıb
- 09.10.2026 [14:41]
® “PAŞA Bank” həssas qruplardan olan gənclərin inkişafına dəstək göstərir
- 09.10.2026 [14:38]