JURNALİSTLƏR ARASINDA EKOLOJİ MÖVZUDA MÜSABİQƏ ELAN EDİLMİŞDİR
Bakı, 19 aprel (AZƏRTAC). “Ekologiya mövzusunun kütləvi informasiya vasitələrində işıqlandırılmasına dəstək” layihəsi çərçivəsində jurnalistlər arasında müsabiqə elan edilmişdir.
Müsabiqə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurası tərəfindən həyata keçirilir.
Müsabiqə dövlətin ekoloji siyasəti, təbii sərvətlərdən, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə, qlobal ekoloji problemlər və milli səviyyədə tələbatların qiymətləndirilməsi, ekoloji təhlükəsizliyin təminatı, üçüncü sektor və ətraf mühit, ekologiya sahəsində beynəlxalq əməkdaşlıq, ekoloji maarifləndirmə mövzularını əhatə edəcəkdır.
Yazılar və telereportajlar 19 aprel - 20 may tarixləri arasında, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunmalıdır.
Qeyd edək ki, hər jurnalist və telereportyor yalnız bir mövzu üzrə müsabiqədə iştirak edə bilər.
Qaliblərə diplomlar və pul mükafatı təqdim olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]