Kafedən və evdən oğurluq etməkdə şübhəli bilinən şəxslər yaxalanıblar
Bakı, 7 sentyabr, AZƏRTAC
Xətai və Binəqədi rayonlarında oğurluqla məşğul olan keçmiş məhkumlar tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 5-də Xətai rayonu ərazisindəki kafelərin birindən 1300 manat dəyərində pivə aparatı, çəllək və soyuducu oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini əvvəllər məhkum olunmuş R.Tağıyev rayon polis idarəsinin 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.
Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə sentyabrın 5-də rayon ərazisindəki evlərin birindən 200 ABŞ dolları məbləğində pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Mirzəyev saxlanılıb.
Həmin faktlarla bağlı tədqiqat davam etdirilir.